İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

26 xarici lider Çinə toplaşır

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin köməkçisi Honq Lei bildirib ki, 26 ölkənin dövlət başçısı Yaponiyaya qarşı Müqavimət Müharibəsində və İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi münasibətilə Çində keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Rusiya Prezidenti Vladimir Putin və KXDR lideri Kim Çen Inın iştirakı nəzərdə tutulur.

ABŞ Prezidenti Donald Trampın adı isə dəvətlilər siyahısında yer almayıb.

Gundelik.az