İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Təbii fəlakət Çini vurdu: ölən və xəsarət alanlar var

Çində iki gündür davam edən güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə 10 nəfər həyatını itirib, 33 nəfər isə itkin düşüb.

Gundelik.az-ın Sinxua agentliyinə istinadən məlumatına görə, hadisə ölkənin şimal-qərbində yerləşən Qansu əyalətində baş verib.

Təbii fəlakət bəzi bölgələrdə elektrik və telekommunikasiya xətlərinin sıradan çıxmasına da gətirib çıxarıb.

Çin Prezidenti Si Cinpin bölgədə tammiqyaslı xilasetmə əməliyyatı elan edib və selin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsini tapşırıb.

Gundelik.az