“Camal Yusifzadənin şeirləri mənə sadəliyi, sözlərin təbii duyumu ilə Sabirin “Gəl, gəl, a yaz günləri”, “Dərsə gedən bir uşaq” şeirini xatırlatdı. Belə şeirlər çox olsun. Bu şeir nəğmə adlanır. Bu, doğrudan da, nəğmədir. İndi bir Fikrət, bir Cahangir, bir Seyid lazımdır ki, onu musiqi dilində səsləndirsin. Mənim fikrimcə, Camal uşaqlar üçün yaxşı şeirlər yaza bilər.”
Xalq şairi Rəsul Rza
Bağırov Camal Yusif oğlu 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan “Leninçi” qəzetində dərc etdirmişdir. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olmuşdur
(1972-1990). Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olmuşdur (1991-1998). 1998-ci il-dən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktorudur. Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulmuşdur. Camal Yusifzadənin doqquz kitabı çapdan çıxıb. Onun həm erudisiyasına, həm insani əxlaqına,
həm də sözə sədaqətinə heyran olmamaq mümkün deyil.
Əsərləri: “Lənkəran nəğməsi” (1970), “Atlılar, qanadlılar” (1975), “Yol içində milyon seçdik” (1980), “Payızdan gələnlər” (1983), “Ümiddən keçən yol” (1988), “Küləyi döymək olmaz” (1993) və s.
Filmoqrafiya:Abşeron lövhələri (film, 2004), Ağaxan (film, 2006), Ana duasından başlanan yol (film, 2001), Aşıq Məhəmməd Sadaxlı (film, 2003), Aşiqlər (film, 2008) Atəşgah (film, 2001), Ayna (film, 2000), Azərbaycan çayı (film, 2003), Azərbaycan çinisi (film, 2000), Azərbaycan üzümü (film, 2002), Bakı SOS Uşaq Kəndi (film, 2001)
Başmaq (film, 2001), Bir ocağın nuru (film, 2001), Bizim qəribə taleyimiz (film, 2005) Çiçi xalçaları (film, 2002), Çinarlı şəhərin generalları (film, 1999), Dan ulduzu, tale ulduzu (film, 2001), Daşları dindirən alim (film, 2001), Dədə Qorqud axtarışında (film, 2000), Dədəgünəş (film, 2000), Dönüş (film, 1999), Əsrin şahidi (film, 2002), Əzizə Cəfərzadə (film, 1999), Əzvay (film, 2005), Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999).
Gundelik.az

