Gundelik.az Elm və təhsil Ədəbiyyat 15 Mart – Şair Ələkbər Salahzadənin anadan olmasının 85 illiyi, (1941-2013)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

15 Mart – Şair Ələkbər Salahzadənin anadan olmasının 85 illiyi, (1941-2013)

Ələkbər Salahzadə milli söz səntimiz üçün eləcə 60-cılar adlandırılan nəslin bir tanınmış ismi yox, ən yeni dövrün ədəbi salnaməsində yaddaqalan şairlərdən biridir.

Ələkbər Salahzadə — şair, tərcüməçi, 1968-ci ldən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza adına mükafat laureatı 2002, Əməkdar incəsənət xadimi 2005. Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa
vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış
etmişdir. “Azərbaycan” jurnalının ədəbi işçisi, “Tərcürmə saatı” radio jurnalının  ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), “Gənclik” nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968- 1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), redaktor vəzifəsində çalışmışdır (1992-2004). Hazırda “Qobustan” jurnalının baş redaktorudur (2004-cü ildən). 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. “Kölgədən qorxan” (1983) Şəki, “Yayın qış gecələri” (1985) Sumqayıt, “Nağaraçı naxırçı” (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio- pyesləri, 20-dən artıq uşaq nağılı var. “Kölgədən qorxan”, “Yayın qış gecələri”, “Nağaraçı naxırçı”pyesləri tamaşaya qoyulub.
Əsərləri: “Beş yarpaq (şeirlər və poema)” (1968), “Od hevkəli(şeirlər və poema)” (1970), “Gözlər baxır dünyaya (şeirlər və poemalar)”(1979), “Xatirə çiçəyi (şeirlər və poema)” (1982), “Yerimiz bir, göyümüz bir (şeirlər və poemalar)” (1986), “Od odası (şeirlər və poemalar)” (1989), “Yanıltmaclı əlifba” (1995)
Tərcümələri (ruscadan): A.Tarkovski. Gözəl Gülayim haqqında povest (1970), Pyatras Svirka, Tülkünün kələyi (1970), A.Platonov. Dörd hekayə (1971), Lorens Sterin,
Fransaya və İtaliyaya sentimental səyahət (1973), A.V.Sofranov. Vida poeması (1980)

Gundelik.az

Exit mobile version