Gundelik.az Elm və təhsil Ədəbiyyat 18 Fevral – Şair, dramaturq Nəriman Həsənzadənin 95 illiyi, (18.02.1931)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

18 Fevral – Şair, dramaturq Nəriman Həsənzadənin 95 illiyi, (18.02.1931)

Nəriman Həsənzadə olduqca həssas bir şairdir. O, bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir.”

Xalq yazıçısı Mir Cəlal Paşayev

Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), “İlin şairi” makafatı laureatı (2010). Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Poylu qəsəbəsində anadan olub. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir.
Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb. Bakıya qayıdır. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.
Kitabları: “Dostlar gözləyir məni” (1956), “Qız ürəyi” (1957), “Haradasan”(1959), “Qaraca Çobanın hekayəti” (1960), “Sizdən ayrılmadım” (1961), “Könlüm şer istəyir” (1964), “Yadına düşəcəyəm” (1966), “Nəriman”(1968), “Niyə demədiniz” (1970), “Zümrüd quşu” (1973), “Mənim gecəm-gündüzüm” (1973), “Nabat xalanın çörəyi” (1974), “Zümrüd quşu” (1976), “Nəriman” (1978), “Sən bağışladın” (1979), “Bir az
möhlət istəyirəm ömürdən” (1981), “Fikir eləmə” (1982), “Kimin sualı var”(1984), “Nabat xalanın çörəyi” (1986), “Seçilmiş əsərləri” (1987), “Mənim nigahımı pozdu təbiət” (1989), “Bütün millətlərə” (1991), “Taleyin töhfəsi” (1993), “Gəlimli-gedimli dünya” (1995), “Pompeyin yürüşü” (1995), “Seçilmiş əsərləri” (2004), “Poylu beşiyim mənim” (2007), “Nəriman” (2009), “Seçilmiş əsərləri” (2010), “Nuru Paşa” (2010) və s.
Poemaları: “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Atabəylər”, “Pompeyin nQafqaza yürüşü”, “Midiya sarayı”, “Bəyanət”, “Həsrət”, “Vətənsiz”, “Heybədə gəzən şeir”, “Şahid ol, günəş”, “Rəsul Həmzətova məktub”, “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qaçaq Kərəm”, “Səfirə”, “Xarı bülbül” və s.
Povesti: Nabat xalanın çörəyi
Filmoqrafiya: Nəriman Həsənzadə (film, 2006), Qəmbər Hüseynli (film, 2007), Mən Hüseyn Arifəm… (film, 2010) və s.

Gundelik.az

Exit mobile version