Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında növbəti görüş baş tutacaq.
Gundelik.az xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri məlumat yayıb.
Məlumata əsasən, iki lider arasında görüş NATO liderlərinin plenar iclasından sonra olacaq.
Görüşdə hansı məsələlərin müzakirə olunacağı hələlik açıqlanmayıb.
Gundelik.az

