İsrailin “Mako” qəzeti “Türkiyənin qabaqcıl silahı, yeni hipersəs raketi təqdim edildi” başlıqlı məqaləsində bildirilib: “İsdanbulda ilk dəfə nümayiş etdirilən yeni türk ballistik raketinin mənzili 6000 km-dir. Türkiyə son illərdə hərbi imkanlarını gücləndirir. Müdafiə qabiliyyətində böyük bir sıçrayış edən Ankara, xüsusilə də dünyanın bir nömrəli pilotsuz uçuş aparatları ölkəsi olmağa doğru irəlləuir”.
Ynet, “İndiyə qədər hazırlanmış ən uzun mənzilli raket” başlıqlı xəbər məqaləsində: “Türkiyənin yeni təqdim etdiyi YILDIRIMHAN, Türkiyə qeydlərinə hipersəs çıxışı olan uzun mənzilli balistik raket kimi qeydə alınıb. Ankara, Ərdoğanın liderliyi ilə son illərdə hərbi və təhlükəsizlik imkanlarını gücləndirmək üçün çalışır. Bu baxımdan, bölgəni qorxudan bir addım atılıb.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
