Sağlam ailə sağlam cəmiyyət, sağlam gələcək deməkdir. Ailə böyük qavramdır. Bu məsələ hər zaman dövlətin nəzərində olmuş, ailə məsələsini asanlaşdırmaq məqsədi ilə mühüm addımlar atılmışdır. Məsələ ilə bağlı konistutsiyamızda müxtəlif qərar və dəyişikliklər qəbul edilmişdir. İnsanlarımız tərəfindən birmənalı şəkildə qarşılanmış qərarlardan biri olan 2025-ci il iyul ayından yaxın qohumlar arasında nikah qadağan edilməsidir. Hüquqi–Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov müzakirələrə səbəb olan mövzu barədə danışdı.
Gundelik.az təqdim edir:
Ailə Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərə görə, 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, əmi, dayı, bibi və xala uşaqlarının nikaha girməsi mümkün olmayacaq.
Qanunvericiliyə edilmiş yeni dəyişiklik yaxın qohumlar arasında nikahın qadağan olunması əhalinin sağlamlığının qorunmasına yönəlib.
Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir.
Eləcə də dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci bəndində deyilir ki
Nikahın bağlanmasına mane olan hallar:
12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.)
12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.)
12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;
12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Qohumlar arasında nikah halları və bunun törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində də narahatlıq doğuran aktual ailə məsələlərindən biridir
Maraqlı təhlil üçün Fariz Əkbərova yəşəkkür edirik.
Gundelik.az

