Gundelik.az Mədəniyyət və cəmiyyət Ev heyvanı ilə xaricə səyahət edərkən bunları bilin
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ev heyvanı ilə xaricə səyahət edərkən bunları bilin

Bir çox insan üçün ev heyvanı ailənin bir üzvüdür. Buna görə də istər turistik səfər, istərsə də xaricə köç zamanı heyvanı özü ilə aparmaq mümkündür. Bunun üçün əvvəlcədən müəyyən tələbləri yerinə yetirmək lazımdır.

Mikroçip, pasport və peyvənd

Xaricə aparılacaq ev heyvanına ilk növbədə mikroçip taxılmalıdır. Daha sonra AB standartlarına uyğun ev heyvanı pasportu alınmalı və baytardan sağlamlıq haqqında sertifikat əldə edilməlidir.

Əksər ölkələrdə quduzluq peyvəndi məcburidir. Peyvənddən təxminən 1 ay sonra qan nümunəsi götürülərək quduzluğa qarşı anticisimlərin səviyyəsini müəyyən edən titrasiya testi aparılır. Testdən sonra isə xaricə çıxış üçün 90 gün gözləmək tələb olunur.

Səfər tarixi müəyyənləşdikdən sonra heyvan üçün müvafiq sağlamlıq sənədləri də alınmalıdır. Tələblər ölkədən ölkəyə dəyişir. Məsələn, bəzi ölkələr titrasiya testi tələb etmir, Böyük Britaniya isə əlavə parazit müayinəsi istəyir.

Aviaşirkətlərin də öz qaydaları var

Bütün aviaşirkətlər ev heyvanlarını qəbul etmir. Qəbul edən şirkətlərdə isə çəki və daşıma qaydaları fərqli olur. Ümumiyyətlə, daşıma çantası ilə birlikdə çəkisi 8 kiloqramdan az olan heyvanlar kabinə qəbul edilir. Daha ağır heyvanlar isə xüsusi qaydalarla baqaj bölməsində daşınır.

Bəzi ölkələrdə yerli heyvan cinslərinin ölkədən çıxarılmasına da məhdudiyyət qoyulur. Məsələn, Kangal və Van pişiyi kimi xüsusi cinslər üçün əlavə icazə tələb olunur.

Bunları unutmayın:

Mikroçip tələbi geniş yayılmış məcburi şərtdir.

ABŞ və Kanada kimi bəzi ölkələr titrasiya testi tələb etmir.

Böyük Britaniya əlavə parazit müayinəsi tələb edir.

Avstraliya və Yeni Zelandiya Türkiyədən heyvan qəbul etmir.

Hər aviaşirkət ev heyvanı daşımır.

Xaricdən Türkiyəyə heyvan gətirərkən də ölkənin müəyyən etdiyi tələblərə əməl edilməlidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version