İtaliyada 83-cü Venesiya Beynəlxalq Film Festivalı keçirilir və tədbir çərçivəsində dünya kinosunun tanınmış simaları qırmızı xalçada və film nümayişlərində iştirak edirlər.
Gundelik.az-ın məlumatına görə, festivalın builki qonaqları arasında Corc və Amal Kluni, Keyt və Runi Mara, Parker Posey, Con Malkoviç, Stiv Buşemi, Sem Rokvell və Lesli Bibb kimi məşhur aktyorlar yer alıb.
Corc və Amal Kluni festival çərçivəsində “Ink” filminin nümayişində iştirak ediblər. Keyt və Runi Mara isə “The Bride!” filminin nümayişinə qatılıblar.
Festivalın diqqətçəkən qonaqları arasında aktyorlar Parker Posey, Con Malkoviç, Stiv Buşemi və Sem Rokvell də olub.
83-cü Venesiya Film Festivalının münsiflər heyətinə amerikalı aktrisa və rejissor Meqqi Gyllenhaal sədrlik edir. Festivalın əsas müsabiqə proqramında təqdim olunan filmlər “Qızıl şir” uğrunda mübarizə aparır.
Venesiya Film Festivalı dünyanın ən nüfuzlu kino tədbirlərindən biri hesab olunur və hər il kino sənayesinin aparıcı nümayəndələrini İtaliyada bir araya gətirir.
Amal və Corc Kluni “Mürəkkəb” filminin nümayişində

Keyt və Runi Mara “The Bride!” filminin nümayişində
Modellər Emi Renata Sakomoto, Alessandra Ambrosio, Faretta Radiç, Alana Lusio və Stella Maksvell
Parker Pouzi “Vəhşi at doqquz” filminin nümayişində
Sem Rokvell və Lesli Bibb
Con Malkoviç
Stiv Buşemi və Karen Ho
Martin MakDonah
Donal Qlison
Münsiflər heyətinin sədri Meqqi Cillenhol