Minilliklərə söykənən Azərbaycan tarixində danılmaz faktlardan biri də zaman-zaman Ermənilərin soyqırım siyasəti xalqımıza amansız fəlakətlər gətirmişdir. Tarixi torpağımız olan Qarabağ və Zəngəzura XI əsrdən-XIX əsrədək, xüsusilə 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının İrəvan, indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından köçürülməsi, xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələrindəndir. 1988-ci ildə isə ermənilər xarici havadarlarının dəstəyi ilə Qarabağı bizdən güclə qoparmaq məqsədilə yeni hücum dalğasına başladılar. Təcavüz nəticəsində Qarabağ və ona yaxın ərazidə yerləşən Azərbaycan rayonları erməni birləşmələri tərəfindən işğal edilib. Həmin vaxtdan qədirbilən xalqımız, 2020 – ci ilin Sentyabr ayının 20-dək müstəqil Azərbaycanın memarı Ulu öndər Heydər Əliyev kimi uzaqgörən siyasi xadimin və həmin siyasi kursun layiqli davamçısı, tarixdə son 200 ildə ilk dəfə Suverenliyimizi, ərazi bütövlüyümüzü təmin edən, böyük Zəfərimizin müəllifi, Prezident İlham Əliyevin qətiyyəti, şəhidlərimizin canı-qanı bahasına qisasımızı almağa müvəffəq oldu. Qısa vaxtda, 44 gün müddətə Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin planlı hərbi siyasəti sayəsində ordumuz tarixi torpaqlarımızı erməni işğalından azad etdi və xalqımızın adımızı tarixin şanlı səhifəsinə əbədi həkk etdi. 31 Mart soyqırım faciəsi bizim qan yaddaşımıza əbədi yazılmışdır. 1998-ci ildən başlayaraq hər il 31 Mart azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.Diqqətinizə çatdırım ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Quba, Gəncə, Lənkəran, Naxçıvan və digər bölgələrdə də eyni qəddarlıqla qətliamlar törətmişlər. Bu hadisələrdə texminən 50 min soydaşımız xüsusi qəddarlıqla öldürülmüş, itkin salınmışdır. Çox təəsüflər olsun ki, ölkəmizin son iki yüz illik tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələrdə yazılıb. Bir məqamı qürurla qeyd etmək istəyirəm ki, ölkəmizdə bu məsələdə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görülür . Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond həm ölkədən kənarda, həmdə ölkəmizdə bu istiqamətdə çox mühüm və aparıcı layihələr reallaşdırır. Buna Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasını misal göstərə bilərəm. Fondun həmin bu məsələyə necə həssas yanaşdığının canlı şahidi oluruq. Bu gün artıq Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası kifayət qədər artmışdır. Təəsüf olsun ki, ölkəmizin son iki yüz illik tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələrdə yazılmağına baxmayaraq, onlar müəyyən səbəblərdən kölgədə qalmışdır. Fikrimi Cənab Prezidentin sitatı ilə yekunlaşdırmaq istəyirəm:
“Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, onların da mənfur adları orada göstərilir, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir! Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı.”
Qəhrəman xalqımızın zaman-zaman başına gətirilən bütün faciələr, qətliam və soyqırımlar zamanı şəhid olmuş qardaş, bacılarımızın, həmvətənlərimizin ruhunu hər zaman uca tutan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və məörurcasına döyüşən Vətən qazilərinə öz minnətdarlığımızı bildiririk və xalqımız daim sizinlədir, deyirik.
Xalqımız 31 mart soyqırımınıda daim özünün böyük faciəsi hesab edəcək və unutmayacaqdır! Allah şəhidlərimizə rəhmət eləsin.
YAP Saatlı rayonu 15 saylı ƏPT-n sədri
Vüqar Məmmədov
Gundelik.az

