Xocalı rayonu, Xanabad kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işlərinə başlanılır.
Gundelik.az bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Belə ki, qurum təmir işlərini “Aqroman” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 2 milyon 724 min 652 manat olaraq müəyyənləşib.
