İkiotaqlı mənzil 1,7 dollara satıldı – Alıcı qiymətə inana bilmədi
Çində yaşayan bir kişi keçirilən hərrac zamanı iki yataq otağı olan mənzili cəmi 1,7 dollara (təxminən 2,90 manat) alıb.
Gundelik.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mənzilin sahəsi 68 kvadratmetrdir və ölkənin Heyluntszyan əyalətində yerləşən yaşayış binasının yeddinci mərtəbəsindədir.
Mənzili alan şəxs bildirib ki, oraya daimi köçmək niyyətində deyil. O, mənzildən qış aylarında səfərləri zamanı müvəqqəti yaşayış yeri kimi istifadə etməyi planlaşdırır.
Bununla belə, alıcını əlavə xərclər də gözləyir. Belə ki, mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün təxminən 300 dollar vergi ödəməli olacaq.
Qeyd olunur ki, bu tip mənzillərin bazar dəyəri təxminən 40 min yuan (təqribən 5,6 min dollar) təşkil edir. Beləliklə, mənzil hərracda olduqca aşağı qiymətə satılıb.
Lakin hüquqşünaslar belə ucuz əmlakların alınması zamanı diqqətli olmağı tövsiyə edirlər. Çünki mənzilin hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik, ödənilməmiş vergilər və digər gizli problemlər ortaya çıxa bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiyada loft üslubunda interyerə malik ən ucuz mənzilin qiyməti 1,85 milyon rubl olaraq açıqlanmışdı. Mənzil Saratov vilayətinin Balaşov şəhərində yerləşir.
Nuri
Gundelik.az