Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 5 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib.

Gundelik.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək.

Xatırladaq ki, Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 5 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.