Hakerlər saxta video zənglərlə 400 mln. dollarlıq kriptovalyuta oğurlayıblar

Hakerlər saxta video zənglərlə 400 mln. dollarlıq kriptovalyuta oğurlayıblar

Şimali Koreyanın dəstəklədiyi hakerlər ABŞ-də saxta video zənglərdən istifadə edərək 400 milyon dollardan çox kriptovalyuta oğurlayıblar.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqat Bürosu (FTB) məlumat yayıb.

Məlumata əsasən, son 18 ayda 900-dən çox insan büronun "FaceStealer" adlandırdığı proqramdan istifadə edərək tələyə düşüb.

Büronun Kiber Bölməsinin direktoru Brett Leatherman bildirib ki, Şimali Koreya rejimi qanunsuz silah alverini maliyyələşdirmək üçün genişmiqyaslı qanunsuz pullardan istifadə edir. Bu səbəblə çoxlu kiberhücumlar həyata keçiriblər.

"Onların xərci əldə edilən gəlirdən asılıdır və son illərdə milyardlarla dollar gəlir əldə ediblər.",- deyə o qeyd edib.

ABŞ rəsmilərinin sözlərinə görə, "FaceStealer" proqramı "Zoom", "Microsoft Teams" kimi  probramların saxta versiyalarından istifadə edir. Hakerlər bu proqramdan həyata keçirilən söhbətləri gizlicə qeydə alır və səsyazmalardan yeni qurbanları aldatmaq üçün material kimi istifadə edirlər.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.