Ev təmiri zamanı 100 illik məktublar tapıldı - İçərisindəki sevgi etirafları təəccübləndirdi

Ev təmiri zamanı 100 illik məktublar tapıldı - İçərisindəki sevgi etirafları təəccübləndirdi

ABŞ-nin Hartford şəhərində yaşayan Emili Gizelmann evində aparılan təmir işləri zamanı evin ilk sahibinə məxsus məktubları aşkar edib.

Gundelik.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Gizelmann bildirib ki, əri ilə birlikdə 2026-cı ilin iyun ayında təxminən bir əsrlik ev alıblar və təmir işləri üçün xüsusi briqada cəlb ediblər. Bir müddət sonra işçilər evin döşəməaltı hissəsində gizli bir yer aşkarlayıblar.

Həmin yerdə evin ilk sahibi C.K. Hyustona və onun oğluna ünvanlanmış məktublar, eləcə də 1934-cü il dekabrın 20-də göndərilmiş açıqca olub.

Məktubların göndəricisi Bill Makquayr adlı şəxs olub. Yazışmaların üslubuna əsasən, ər-arvad onun Hyustonun yaxın dostu olduğunu ehtimal ediblər. Məktublardan birində Makquayr dostuna sevgi macəralarından danışıb.

“Milad bayramını çox yaxşı keçirdim və özümə iki yeni qız tapdım. Onların heç biri gözəl deyil, amma hər ikisi əla rəqs edir”, – deyə o, məktublarından birində yazıb.

Ər-arvad tapdıqları məktubları qoruyub saxlamaq niyyətindədirlər. Onlar yazışmaları çərçivəyə salmaq və üzərindəki vintage poçt markalarından ibarət kollaj hazırlamaq istəyirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Durham şəhərində yaşayan Laura Tonkin də evinin çardağında təsadüfən 100 il əvvələ aid sevgi məktubları tapmışdı. Bu tapıntıdan sonra qadın məktublarda adı çəkilən sevgililərin məzarlarını da müəyyən edə bilmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.