Babək şəhərində yeni park salınacaq
Babək şəhərində 4 hektar ərazidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının tikintisi planlaşdırılır.
Gundelik.az-ın məlumatına görə, bununla bağlı Babək Rayon İcra Hakimiyyəti artıq müvafiq işlərə start verib.
Məlumata əsasən, hazırda parkın layihə-smeta sənədlərini hazırlayacaq şirkət müəyhənləşib.
Belə ki, sənədlərin hazırlanması “Az.Arxitektura” MMC-yə həvalə edilib və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, şirkətə 44 014 manat ödənilib.
Parkın tikintisi üçün ilkin layihə sənədləri bu iş çərçivəsində hazırlanacaq.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.