Naxçıvanda təyinatı bilinməyən bina: Vasif Talıbovun yarımçıq qalan layihəsi

Naxçıvanda təyinatı bilinməyən bina: Vasif Talıbovun yarımçıq qalan layihəsi

Naxçıvanda Vasif Talıbovun Ali Məclisin sədri olduğu dövrdə həmin müəssisə üçün tikildiyi iddia edilən yeni bina uzun müddətdir yarımçıq vəziyyətdədir.

Gundelik.az Oxu.Az-a istinadən xəbər verir ki, Vasif Talıbovun vəzifədən getməsindən sonra inşa işləri dayandırılıb.

Hazırda binanın hansı məqsədlə istifadə olunacağı bəlli deyil. Tikintinin nə üçün yarımçıq saxlanıldığı, layihənin taleyinin necə olacağı ilə bağlı məqamlar da suallar doğurur.

Digər tərəfdən binanın yerləşdiyi ərazidə yeni tikilinin inşasına ehtiyac olmaması da suallar yaradır. Bildirilir ki, Ali Məclisin binası olduğu, iclasların isə mütəmadi keçirilməməsinə rəğmən, belə bir binanın hansı zərurətdən inşa olunması müzakirə mövzusudur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, Ali Məclis həmin binanın tikintisi ilə əlaqədar sifarişçi qismində çıxış etməyib:

"Eyni zamanda, qeyd olunan binanın tikintisinin dayandırılma səbəbləri, hazırkı vəziyyəti və gələcək təyinatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində hər hansı məlumat mövcud deyil".

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.