Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Gundelik.az-a verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacaq.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.