Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi

Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi

Kanadanın Britaniya Kolumbiyası ştatının Bella Kula şəhərində bu ayın əvvəlində ana və qızının ölümü ilə nəticələnən ayı hücumu ilə bağlı aparılan istintaq yekunlaşıb.

Gundelik.az BBC-yə istinadən xəbər verir ki, Britaniya Kolumbiyası Təbiəti Mühafizə Xidməti 48 yaşlı Cennifer Balkarras və onun 20 yaşlı qızı Selah Ridin həyatını itirdiyi faciəvi hadisə üzrə araşdırmanın başa çatdığını açıqlayıb.

Aparılan məhkəmə ekspertizası və genetik analizlər hücumun məhz ana boz ayı və onun üç balası tərəfindən həyata keçirildiyini sübut edib.

Xidmətin müfəttişi Ceff Tayr bildirib ki, dörd ayının hamısı əyalətin vəhşi təbiət qaydalarına uyğun olaraq “ictimai təhlükəsizliyi təmin etmək üçün” öldürülüb. Müfəttişin sözlərinə görə, hücum böyük ehtimalla ayıların ov instinktlərindən qaynaqlanıb və bu cür hadisələr təbiətdə olduqca nadir hallarda qeydə alınır.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.