“Dünya TV” cərimələndi
Media və Yayım Şurası "Dünya TV" telekanalı barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Gundelik.az Bakupost.az-a istinadən xəbər verir ki, "Reklam haqqında" Qanunun pozulmasına görə tərtib olunan protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə telekanal inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, "Dünya TV"yə qarşı əvvəllər də qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar sanksiyalar tətbiq olunub, telekanalın yayımı müvəqqəti dayandırılıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.