“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"
Tibb elmləri namizədi Rəşid Mahmudov şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.
Gundelik.az xəbər verir ki, tanınmış həkim həyat yoldaşının onun gündəlik həyatındakı əhəmiyyətindən danışaraq xanımsız yaşamağın onun üçün çətin olacağını bildirib.
"Allahdan arzu edirəm, birinci mən ölüm, sonra mənim arvadım. Mənim üçün qadınsız həyat ola bilməz. Xanımsız qalsam, abır-həyam çöldə qalar. Çox pinti adamam. Hər gün paltarım dəyişilir, kostyumum hazır olur. Hər dəqiqə belədir", - deyə Rəşid Mahmudov bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həkimin həyat yoldaşına bağlılığını ifadə etdiyi bu sözlər sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.