8 Noyabr prospektindəki təmir bitdi, yol açıldı
Paytaxtın Xətai rayonu ərazisində - 8 Noyabr prospektində bir neçə həftədir aparılan qazıntı işləri yekunlaşıb.
Gundelik.az xəbər verir ki, prospektin AFFA-nın qarşısından keçən hissəsində Keşlə yağış kollektoru və yolun asfalt-beton örtüyü bərpa edilib.
Artıq ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, noyabrın əvvəlindən bəri ərazidə qazıntı işləri aparıldığından sözügedən hissə daraldılmışdı və bu da nəqliyyatın hərəkəti üçün çətinlik yaradırdı.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.