Gundelik.az Ölkə Xankəndi və Xocalının küçələrində 2 milyonluq təmizlik işləri aparılacaq
Ölkə Xəbərlər

Xankəndi və Xocalının küçələrində 2 milyonluq təmizlik işləri aparılacaq

Xankəndi şəhərinin və Xocalı rayonunun həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinə qulluq xidmətlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Gudelik.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, qurum sözügedən işlərin həyata keçirilməsi ilə bağlı “Mint Services” MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən bu işlərin yerinə yetirilməsi  2 milyon 165 min 351 manata başa gələcək.

Exit mobile version