Gundelik.az Tarixdə bu gün 12 Oktyabr – Ümumdünya Yumurta Günü, (1996)
Tarixdə bu gün Xəbərlər

12 Oktyabr – Ümumdünya Yumurta Günü, (1996)

Dünyanın bir çox ölkələrində oktyabrın ikinci cümə günü Ümumdünya Yumurta Günü (World Egg Day), deməli, bütün yumurtadan olan yeməkləri, omletləri və s. sevənlərin bayramı qeyd olunur. Yumurta ən universal qida məhsuludur, o bütün ölkələrin və mədəniyyətlərin kulinariyasında istifadə olunur. Kulinariyada yumurtadan
ən müxtəlif formalarda istifadə etmək mümkündür.
Bayramın yaranma tarixi belədir: 1996-cı ildə Beynəlxalq Yumurta Komissiyası Vyanada keçirilən konfransında yumurtaya həsr olunmuş günün oktyabrın ikinci cümə
günündə keçiriləcəyini elan etmişdir. Bu günlə bağlı yumurta mövzusunda müxtəlif tədbirlər keçirilir: ən yaxşı resept, ən yaxşı şəkil, mühazirələr, aksiyalar, flaşmoblar və s.
Son zamanlar yumurtanın orqanizmə təsiri haqqında müxtəlif fikirlər səslənsə də, yeni tədqiqatlar sübut etmişdir ki, yumurtadan imtina etmək olmaz. Yumurtada yüksəkdəyərli, tez həzm olunan zülal vardır. Dünyada ən çox yumurta Yaponiyada istifadə olunur.
Yaponlar gündə ən azı bir yumurta yeyirlər. Amerikalılar isə ildə bir dəfə Nəhəng Omlet Günü keçirirlər. Bu məhsulun faydası, gərəkliliyi heç kəsə sirr deyil. Yumurta insan qidasının ən universal məhsuludur və onda bir çox zəruri maddələr var. Gündə 1 yumurta nəinki zərərdir, hətta xeyirdir. Toyuq yumurtasından istifadə geniş yayılsa da, tovuzquşu, qırqovul, ördək, qaz yumurtaları da məişətdə istifadə olunur. Amma bu cür quşlar yalnız yay fəslində yumurta verirlər. Bunların içərsində ən böyük yumurta dəvəquşu yumurtasıdır ki, o da qışda olur. İki yumurta 100 qram ətə bərabərdir. Amma bu yumurtalardan həddən artıq deyil, lazımı miqdarda və düzgün qaydada istifadə edilməsi əsas şərtdir.

Gundelik.az

Exit mobile version