Ueyn Runi bildirib ki, müvəqqəti baş məşqçi Maykl Kerrik hazırkı vəziyyətdə “düzgün seçimdir” və “Mançester Yunayted”də vəziyyəti sabitləşdirmək üçün ən uyğun namizəddir.
“Yunayted” çərşənbə axşamı Kerrikin mövsümün sonuna qədər komandaya rəhbərlik edəcəyini açıqlayıb. O, Ruben Amorimi əvəzləyib.
Runi və Kerrik “Old Trafford”da komanda yoldaşı olublar, 366 oyunda birlikdə çıxış ediblər və beş Premyer Liqa titulunu birlikdə qazanıblar.
Runi BBC-nin The Wayne Rooney Show podkastının son buraxılışında deyib:
“Düzünü desəm, bu, yəqin ki, ən məntiqli seçimdir, çünki hazırda əlçatan olan çox yüksək səviyyəli məşqçilər yoxdur.”
“Düşünürəm ki, bu an üçün doğru seçimdir.
“Əlbəttə ki, bu, çətin tapşırıqdır. ‘Mançester Yunayted’in hazırkı vəziyyəti yaxşı deyil və Maykl gedib komandada sabitlik yaratmalıdır.”
Kerrikin qısamüddətli təyinatı isə klub rəhbərliyinin yayda kimin üzərində dayanacağı ilə bağlı sualları açıq saxlayır.
Bazar ertəsi “Real Madrid”dən ayrılan Xabi Alonso və İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel artıq mümkün namizədlər sırasında çəkilən adlardandır.
“Alonso ‘Bayer Leverkuzen’də inanılmaz iş gördü və düşünürəm ki, onun gözləmək və ümid etmək ehtimalı daha çoxdur — xüsusilə də ‘Liverpul’un baş məşqçisi Arne Slot fonunda,” — deyə Runi bildirib.
“Tuxel isə mənim üçün əsas namizəddir. O, Premyer Liqanı tanıyır, titullar qazanıb. İngiltərə millisində də yaxşı iş görür. Zaman göstərəcək.”
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

