İyul 21, 2026
Baku
Ölkə Xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda abadlıq işlərinə 1,4 milyon manat ayrıldı

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonunda yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi işlərinə başlanılır.

Bu barədə Gundelik.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, qurum sözügedən işlərin icrasını “Mint Services” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Bağlanmış müqavilənin maliyyə dəyəri 1 489 348 manat olaraq müəyyən olunub.