İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Vuçiç növbəti Serbiya prezident seçkiləri ilə bağlı planlarını açıqlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığını və bu məqsədlə ölkə konstitusiyasını dəyişdirməyəcəyini bildirib. 

Gundelik.az TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçi Avstriyanın federal kansleri Kristian Ştokerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Mən siyasi veteranam, daha namizəd ola bilmərəm və konstitusiyaya dəyişiklik etmək fikrində deyiləm.
Vuçiç ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkünlüyünü də istisna etməyib. O, prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını qeyd edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Serbiyanın Baş naziri Dyuro Macut Rusiya ilə münasibətlərə Qərbin təzyiqləri səbəbindən bir sıra nazirləri vəzifədən azad etməyi düşünür. Onun bu addımı ata biləcəyi güman edilirdi, çünki Serbiya Nazirlər Kabineti Rusiya tərəfinə qarşı sanksiyaların qarşısını alır.

Öz növbəsində Serbiya Prezidenti Vuçiç rusiyayönlü siyasətçilərin işdən çıxarılması planları ilə bağlı xəbərləri cəfəngiyyat adlandırıb. O vurğulayıb ki, respublika öz siyasətini dəyişmək niyyətində deyil.

Gundelik.az