İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Serbiyada etirazlar: 40-dan çox polis yaralandı, iğtişaşlar davam edir

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, ötən gecə ölkənin bir sıra şəhərlərində müxalifət tərəfdarlarının təşkil etdiyi kütləvi qayda pozuntuları nəticəsində 42 polis əməkdaşı yaralanıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belqrad radiostansiyası B92-nin məlumatına görə, Daçiç bildirib: “Gecə ərzində Serbiyanın şəhərlərində nümayişçilər tərəfindən ciddi ictimai asayiş pozulub. Polis əməkdaşlarına hücum edilib. Yaralanan 42 polis əməkdaşından 26-sı Belqradda, 7-si Valyevoda, 9-u isə Pancevoda olub”.

Çərşənbə gecəsi etirazçılar aksiyalarını gücləndirərək polis ilə qarşıdurmaya girib, yolları bağlayıb və hakim Serb Tərəqqi Partiyasının qərargahına ziyan vurublar. Hüquq-mühafizə orqanları əks tədbirlər görüb və iğtişaşlarda iştirak edən 37 nəfəri saxlayıb.

Bir gün əvvəl baş verən digər insidentdə 60-dan çox mülki şəxs, 27 polis əməkdaşı və 7 hərbçi yaralanmışdı.

Qeyd edək ki, Serbiyada etirazlar ötən il noyabrın 1-də Novi Sad dəmir yolu vağzalının damının bir hissəsinin uçması və 16 nəfərin həlak olması ilə başlayıb. Zaman keçdikcə aksiyalar siyasi şüarlarla müşayiət olunmağa başlayıb.

Gundelik.az