Gundelik.az Dünya Venesuela Kolumbiya sərhədinə əlavə təhlükəsizlik qüvvələri yerləşdirəcək
Dünya Xəbərlər

Venesuela Kolumbiya sərhədinə əlavə təhlükəsizlik qüvvələri yerləşdirəcək

Venesuela hökuməti Kolumbiya ilə sərhəd zonasında təhlükəsizliyi gücləndirmək məqsədilə 15 min hərbçi və polis qüvvəsi yerləşdirəcək.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello dövlət televiziyasına açıqlama verib.

Nazirin sözlərinə görə, təhlükəsizlik qüvvələri sərhədyanı Zulia və Taçira əyalətlərində yerləşdiriləcək.

“Yerləşdirmə dərhal başlayacaq və Taçira sərhədinə qədər uzanacaq. Kolumbiya hökumətindən də bütün sərhəd boyu sülhün təmin olunması üçün addımlar atmasını gözləyirik”, – deyə Kabello bildirib.

Kabello sərhəddə heç bir qanunsuz fəaliyyətə imkan verilməyəcəyini vurğulayıb: “Əsgərlərimiz ölkənin hər yerində xidmət aparır. Onların əsas vəzifəsi Venesuela vətəndaşlarının sülh və təhlükəsizliyini qorumaqdır. Bu, hər ehtimala tez cavab verməyə hazır olan güclü döyüş vahididir”.

Nazir son əməliyyatlarla bağlı da məlumat verib: “Əməliyyatlar zamanı 480-dən çox uzun və qısa lüləli silah ələ keçirilib. Biz narkotiklərlə müvəqqəti deyil, köklü şəkildə mübarizə aparırıq. 2025-ci ildə 52 tondan çox narkotik maddənin ələ keçirilməsini hədəfləyirik”.

Gundelik.az 

Exit mobile version