Yanvarın əvvəlində Venesuela ABŞ-nin blokadası səbəbindən neft ixracını təxminən üç dəfə azaldıb.
Gundelik.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.
“Neft tədarükünün həcmi yanvarın əvvəlində gündəlik 880 min bareldən 300 min barelə qədər kəskin şəkildə azalıb. İxrac gücü olmadığı üçün ölkədəki ehtiyatlar artmaqda davam edir və bu da istehsalın qismən dayandırılmasını zəruri edir”, – məlumatda deyilir.

