Gundelik.az Ölkə Bakı Neft Maşınqayırma Zavodundan milyonlarla manat geri çəkildi
Ölkə Xəbərlər

Bakı Neft Maşınqayırma Zavodundan milyonlarla manat geri çəkildi

“Bakı Neft Maşınqayırma Zavodu” MMC nizamnamə kapitalını kəskin azaldır.

Gundelik.az xəbər verir ki, şirkət nizamnamə kapitalının azaldılaraq hər birinin nominal dəyəri 1 manat olan 100 paydan ibarət 100 manat dəyərində formalaşdığını elan edir.

Hazırda isə zavodun nizamnamə kapitalı 16 100 000 manatdır. 

Xatırladaq ki, “Bakı Neft Maşınqayırma Zavodu” 2010-cu ildə “Səttərxan adına Maşınqayırma Zavodu”, “Bakı Maşınqayırma Zavodu”, “28 May adına Maşınqayırma Zavodu” və “Bakı Neft-Mədən Maşınqayırma Zavodu” ASC-lərin birləşdirilməsi ilə yaradılıb. Şirkətin hazırda qanuni təmsilçisi Vəliyev Elxan Eldar oğludur.

Exit mobile version