Uzunqız əfsanəsi
(poeama )
Qarabağın qucağında,
Əbədilik beşiyimiz,
Qədim Beşik – Çoban dağı,
Mənzərəniz nə gözəldir?
Qoynunuzda yatan məzar,
Bu məkana yaraşıqdır.
Açılmamış bir qönçədir,
Sirlə dolu bir dünyadır,
Onun adı Uzunqızdır.
Yol kənarında uyuyan,
Tarixi çox qədim olan,
Əfsanəvi tək məzardır,
Keçmişdən bizə töhfədir.
İnac yeri, ümid yeri,
Çox dəyərli bir ocaqdır.
El arasında yaşayan,
Heyrətamiz möcüzədir.
Adi dillərdə dolaşan,
Həsən adlı Seyid varmış,
O, imanlı bir şəxs imiş.
Onun ocağı hər zaman,
Xəstələrə dərman olmuş,
Seyid Həsən belə imiş:
– Sözü bütöv, əməli saf,
Torpağına sədaqətli,
Heç bir işdən çəkinməyən,
Cəsarətli, bacarıqlı,
Xeyirxah bir kişi imiş.
Onun xeyli var – dövləti,
Mal – qarası, yük heyvanı,
Atı, dəvəsi var imiş.
Hər yay yaylağa gedərmiş,
Dəlidağ yaylağı olmuş.
Seyid bu il Dəlidağa,
Getmək üçün hazırlaşır,
Hər il beləcə köç edir,
Səkkiz övladı var imiş,
Dağa onlar da gedərmiş.
Övladları arasında,
Uzunqızı cox sevərmiş,
Hər vaxt o öndə olarmış.
Bu il də dağa köçəndə,
Uzunqız əvvəldə gedir.
Mayın yağışlı günündə,
Onlar dağa yola düşür,
Köçdən bir neçə gün öncə,
Uzunqıza soyuq dəyir,
Xəstə vəziyyətdə olur.
Ancaq köçdən geri qalmır,
O da köçlə birgə gedir,
Köç dağlara yaxınlaşır,
Havaya qaranlıq çökür,
Leysan yağmağa başlayır,
İldırım aramsız çaxır.
Sel suyu yüksəyə qalxır,
Hər şeyi cənginə alır.
Uzunqızı sel götürür,
Sel onu daşlara çırpır,
Xeyli heyvan da aparır,
Böyük fəlakət baş verir,
Leysan getdikcə səngiyir.
Xilas olan Uzunqızın,
Vəziyyəti ağırlaşır.
Adamlar alaçıq qurur,
Qız içəriyə qoyulur,
Halı getdikcə pisləşir,
Ömrünün sonun yaşayır.
Sonda vəsiyyət edir ki :
– El yolunun kənarında,
Çoban dağın ətəyində,
Məni orada dəfn edin !
Hər kəs buradan keçəndə,
Məzarım üstə daş atsın.
Bu qara daşların sayı,
Ailə sayı qədər olsun.
Əgər əməl etməsələr,
Qarğışım onları tutsun,
Qədim inanclara görə,
Qız qarğışı tez tutulur.
Ona əməl etməyənə,
Hər bir zaman qənim olur.
Həmin vaxtdan başlayaraq,
Qəbir yanından keçənlər,
Vəsiyyətə əməl edir.
Qəbrə daş ataraq keçir,
Daşlar məzarı yaşadır,
Məzarı itməyə qoymur,
Uzunqız əfsanələşir.
Məzar ziyarətə dönür,
Həmin dönəmdən insanlar,
Bura ziyarətə gəlir,
İstəyinə çatmaq üçün.
Güvənib pənah gətirir,
Qüdrətindən ilham alır,
Ocağı müqəddəs sayır,
Yeni inamla yaşayır,
Xoş ümid içində olur.
Bügün ocaq yerindədir,
Hamı ora qədəm qoyur,
Oraya tükənməz inam,
Xəstələri gələcəyə ,
Gözəl günlərə səsləyir.
Onlara yeni ruh verir,
Sağlamlıq gücü bəxş edir.
Onun bu dəyərli gücü,
Oymaqlarda dildə gəzir,
Ellər içində dolaşır,
Əbədiyyat günəşi tək,
Hey parlayıb işıq saçır,
Ürəklərə şəfəq verir.
Xalqı üçün dəyərlidir,
Tək məzardır, yadıgardır,
Ölməzliyin açarıdır,
Elimizdə əfsanədir.
Sabir Rüstəmoğlu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
Gundelik.az

