Gundelik.az Dünya Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus olduğu iddia edilən 14 gəmiyə zərbələr endirildiyini açıqladı
Dünya Siyasət Xəbərlər

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus olduğu iddia edilən 14 gəmiyə zərbələr endirildiyini açıqladı

Ukrayna ordusu Rusiyanın “kölgə donanması”na məxsus olduğu iddia edilən 14 gəmiyə hücum həyata keçirdiyini bəyan edib.

Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələri Komandanlığının yaydığı məlumata görə, hücumlar Qara dəniz və Azov dənizində təşkil olunub. Açıqlamada bildirilib ki, “Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri gecə ərzində düşmənə məxsus 14 gəmini vurub.”

Məlumatda qeyd olunub ki, 6–13 iyul tarixləri arasında Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən ümumilikdə 90 gəmiyə zərbələr endirilib.

Komandanlığın açıqlamasında vurğulanıb ki, “kölgə donanması”nı dəstəkləyən tanker və bərələrin sıradan çıxarılması həmin gəmilərdən beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə istifadəni çətinləşdirir, eyni zamanda Rusiyanın hərbi iqtisadiyyatını və ordusunun logistika imkanlarını tədricən zəiflədir.

Ukrayna Pilotsuz Sistemlər Qüvvələri hücumlara aid olduğu bildirilən videogörüntüləri də ictimaiyyətə təqdim edib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version