ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bəyan edib.
Gundelik.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, söhbət bu həftə və ya gələn həftənin əvvəlində baş tuta bilər. O, son günlərdə iki dəfə Putinlə danışmaq niyyətində olduğunu vurğulayıb.
Bununla belə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kremlin hələlik ABŞ-dan belə bir xahiş almadığını qeyd edib.
Xatırladaq ki, sentyabrın 4-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Trampın Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu açıqlamışdı. Lakin sentyabrın 1-də Uşakov Rusiya liderinin Zelenski ilə istər üçtərəfli, istərsə də ikitərəfli görüşlə bağlı Tramp ilə razılaşmasının olmadığını bildirmişdi.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Putini “çatmaq üçün çətin qoz” adlandırmışdı.
Gundelik.az

