ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah tədarükünü davam etdirmək və artırmaq niyyətində olduğunu açıqlayıb.
Gundelik.az “Associated Press”ə istinadən xəbər verir ki, o, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.
Amerika lideri Vaşinqtonun daha çox silah göndərmək niyyətində olduğunu vurğulayaraq bunun ilk növbədə müdafiə silahlarına aid olduğunu vurğulayıb.
İyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə Tramp arasında telefon danışığı olub. Ukrayna liderinin dediyi kimi, tərəflər hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üzrə səyləri gücləndirmək barədə razılığa gəliblər.
Bir gün əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə altıncı dəfə danışıb.
Rusiya əvvəllər dəfələrlə Qərbin Ukraynaya silah tədarükünün əleyhinə çıxış edib. Prezident Vladimir Putin bildirib ki, bu cür təchizat yalnız döyüşləri uzatmağa kömək edir.
Bundan əvvəl Tramp Ukrayna ətrafındakı vəziyyəti çox çətin adlandırmışdı.
Gundelik.az

