İyul 8, 2026
Baku
Xəbərlər

Tramp Sorosun ABŞ-dəki etirazlarda rolunun olduğunu iddia edib

ABŞ Prezidenti Donald Tramp macar əsilli amerikalı milyarder Corc Sorosun hökumət əleyhinə keçirilən “Krallar yoxdur” adlı etiraz aksiyalarında iştirak etdiyini iddia edib.

Gudelik.az xəbər verir ki, prezident jurnalistlərə açıqlamasında etirazların ölkəni təmsil etmədiyini bildirib.

“Mən bütün bu yeni plakatlara baxdım… Təsəvvür edin, onların pulunu kim ödəyib? Soros və digər solçu dəlilər”, – deyə Tramp “Air Force One” təyyarəsində vurğulayıb. O, bu məlumatların hazırda yoxlanıldığını da əlavə edib.

Tramp etirazları “kiçik və səmərəsiz”, iştirakçıları isə “tükənmiş aksiyalar” kimi qiymətləndirib.

Qeyd edək ki, şənbə günü ABŞ-nin müxtəlif ştatlarında “Krallar yoxdur” şüarı ilə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Aksiyalarda təxminən 7 milyon nəfərin iştirak etdiyi bildirilir.

Bundan bir gün əvvəl Tramp süni intellekt tərəfindən yaradılmış, döyüş təyyarəsindən etirazçılara palçıq atıldığını göstərən videonu paylaşmışdı.

Gundelik.az