İyul 8, 2026
Baku
Xəbərlər

Tramp İsrail parlamentində çıxış etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp İsrail parlamenti – Knessetdə çıxış etməyi planlaşdırır.

Gundelik.az bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid X sosial media platformasında məlumat verib.

Məlumata görə, Tramp İsrailin baş naziri Binyamin Netanyahunun dəvətini qəbul etməyə hazırdır. “Onlar mənim Knessetdə çıxış etməyimi istəyirlər və əgər belə istəyirlərsə, mən bunu mütləq edəcəyəm”, – Ağ Evin rəhbəri bildirib.

Qeyd edək ki, bir neçə saat öncə ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsinə dair sazişin imzalandığını açıqlayıb. Onun sözlərinə görə, bu saziş girovların qısa müddətdə azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış xətlərə çəkilməsini nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl Tramp Yaxın Şərqə planlaşdırdığı səfər zamanı Qəzza zolağına da baş çəkə biləcəyini istisna etməmişdi. Həmçinin Misir prezidenti onu Qəzza sazişinin mümkün imzalanma mərasiminə dəvət edib.

Gundelik.az