İyul 25, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp: Hörmüz boğazında gəmilərə dəyən zərər İranın vəsaiti hesabına ödəniləcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, növbəti açıqlamaya qədər Hörmüz boğazından keçən gəmilərə və yüklərə dəyəcək hər cür zərər ABŞ-ın nəzarətində olan İran vəsaiti hesabına kompensasiya ediləcək.

Tramp bu barədə sosial media hesabında paylaşım edib.

ABŞ Prezidenti qeyd edib ki, Hörmüz boğazından keçən gəmilərə və ya onların yüklərinə dəyən, yaxud onlarla bağlı yaranan bütün zərərlər ABŞ-ın əlində olan və nəzarət etdiyi İran vəsaiti hesabına qarşılanacaq.

O, bu zərərlərin çox böyük ola biləcəyini vurğulayaraq, bu addımı “atılmalı olan və ədalətli qərar” kimi qiymətləndirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az