ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrantları Şimali Afrika ölkəsi Liviyaya deportasiya edə biləcəyi bildirilir.
Gundelik.az xəbər verir ki, “The New York Times” adı açıqlanmayan dörd rəsmiyə istinadən yazıb ki, miqrantlar Liviyaya köçürülə bilər.
Buna əsasən, bir qrup mühacirin hərbi təyyarə ilə Liviyaya deportasiya oluna biləcəyi və prosesə bu həftə başlana biləcəyi bildirilib.
Vurğulanıb ki, deportasiya və uçuşun planlaşdırılması məxfi saxlanılıb və prosesin logistik və hüquqi maneələrlə üzləşə biləcəyi bildirilib.
Liviyaya uçuş üçün ABŞ ordusuna aid hərbi təyyarənin istifadə edilməsinin planlaşdırıldığı iddia edilib.
Mövcud yaşayış şəraitinin qeyri-kafi dövrünü yaşayan Liviyaya miqrantların göndərilməsinin insan haqları təşkilatları tərəfindən tənqid oluna biləcəyi qeyd olunur.
Gundelik.az
