Əfqanıstanda miqrantları daşıyan avtobus qəzaya uğrayıb, 71 nəfər ölüb
Əfqanıstanda İrandan deportasiya edilən miqrantları daşıyan avtobus ağır yol qəzasına düşüb. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı avtobus motosiklet və yük maşını ilə toqquşub, daha sonra alovlanıb. İlkin məlumata görə, qəza nəticəsində 71 nəfər həlak olub. Herat vilayətinin mədəniyyət və informasiya direktoru Əhmədullah Möttəki sosial şəbəkədə açıqlama yayaraq hadisəni təsdiqləyib. Onun sözlərinə
