ABŞ Prezidenti Donald Tramp Rusiya sahillərində Amerika Birləşmiş Ştatlarına məxsus nüvə sualtı qayığının yerləşdiyini bəyan edib.
Gundelik.az xəbər verir ki, Tramp bu barədə təyyarəsində jurnalistlərə açıqlama verib.
Dövlət başçısı sualtı qayığı “dünyanın ən böyük gəmisi” adlandırıb və onun Rusiya sahillərində mövcudluğunu vurğulayıb.
Tramp bu fikri Rusiya hərbçilərinin nüvə enerjisi ilə işləyən, qlobal mənzilli “Burevestnik” qitələrarası qanadlı raketinin uğurlu sınağı ilə bağlı sualın cavabında səsləndirib.
“Onlar bilirlər ki, bizim dünyada ən böyük nüvə sualtı qayığımız onların sahillərindədir”, – ABŞ lideri qeyd edib.
Tramp həmçinin Rusiyanın “Burevestnik” raketinin sınaqları ilə bağlı bəyanatlarını “uyğunsuz” adlandırıb.
Xatırladaq ki, oktyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin “Burevestnik” raketinin sınaqlarının başa çatdığını açıqlamış və bu silahın dünyada analoqunun olmadığını bildirmişdi. Putin, həmçinin raketin yerləşdirilməsi üçün infrastrukturun hazırlanması barədə göstəriş verib.
Gundelik.az

