Gundelik.az Dünya Tramp ABC və NBC telekanallarının lisenziyalarının ləğv edilməsini istəyir 
Dünya Xəbərlər

Tramp ABC və NBC telekanallarının lisenziyalarının ləğv edilməsini istəyir 

ABŞ Prezidenti Donald Tramp ABC və NBC telekanallarının lisenziyalarının ləğv edilməsinə çağırıb.

Gundelik.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında paylaşım edib.

O bildirib ki, kanallar “dünyanın ən pis və ən qərəzli şəbəkələrindən ikisidir”. Onun sözlərinə görə, ABC və NBC milyonlarla dollar dəyərində lisenziya haqqı ödəmədən fəaliyyət göstərir, saxta xəbərlər yayır, respublikaçıları və mühafizəkarları haqsız yerə işıqlandırır.

“Onlar məni 97 faiz hallarda mənfi işıqlandırırlar. Əgər bu doğrudursa, deməli, həmin kanallar əslində Demokratlar Partiyasının bir qoludur. İnanıram ki, çoxları onların lisenziyasının geri alınmasının tərəfdarıdır. Bu cür qərəzli və həqiqəti əks etdirməyən yayımlar demokratiyamız üçün real təhlükədir”, – Tramp vurğulayıb.

O, həmçinin “vicdansız jurnalistikanın təşviq edilməməli olduğunu” bildirib.

Xatırladaq ki, iyul ayında Donald Tramp NPR və PBS ictimai yayımçılarının maliyyəsini kəskin şəkildə azaldan qanun layihəsini imzalayıb.

Gundelik.az 

Exit mobile version