Gundelik.az Dünya Tramp: “2028-ci il seçkiləri barədə düşünmək hələ tezdir”
Dünya Siyasət Xəbərlər

Tramp: “2028-ci il seçkiləri barədə düşünmək hələ tezdir”

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.

Gundelik.az xəbər verir ki, bu barədə Amerika lideri “CBS News” telekanalına müsahibəsində bildirib.

“Mən bu barədə hələ düşünmürəm. Düzünü desəm, çox insan istəyir ki, namizəd olum”, – deyə Tramp vurğulayıb.

Dövlət başçısı respublikaçıların “güclü komandaya” sahib olduğunu vurğulayıb və əlavə edib: “Mən ad çəkmək istəmirəm, çünki bu, yersiz olardı. Hələ tezdir”.

Bununla yanaşı, Tramp vitse-prezident C.D. Vansı və dövlət katibi Marko Rubionu yüksək qiymətləndirdiyini qeyd edərək, böyük komanda ilə çalışdığını, lakin hələ seçkilərlə bağlı danışmaq istəmədiyini bildirib.

Gundelik.az 

Exit mobile version