Gundelik.az Dünya Tokio Rusiyadakı bütün “Yapon mərkəzlərini” bağlayır
Dünya Siyasət Xəbərlər

Tokio Rusiyadakı bütün “Yapon mərkəzlərini” bağlayır

Yaponiya hökuməti Rusiyada fəaliyyət göstərən “Yapon Mərkəzi” adlı qeyri-kommersiya təşkilatının bütün filiallarını bağlamaq qərarına gəlib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

Onun sözlərinə görə, qərarın əsas səbəbi Rusiya-Yaponiya münasibətlərinin hazırkı vəziyyəti və Rusiyadakı ümumi şəraitlə bağlıdır.

Yaponiyanın TBS telekanalı xəbər verir ki, Tokio artıq rəsmi Moskvaya bu barədə məlumat verib və mərkəzlərin əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasında kömək göstərilməsini xahiş edib.

Qeyd edək ki, “Yapon Mərkəzi” Rusiya biznes liderləri və iş adamları arasında mütəxəssis hazırlığı ilə məşğul olan muxtar qeyri-kommersiya təşkilatı idi. Burada mühazirələr, seminarlar təşkil olunur, seçilmiş tələbələrə isə Yaponiyada təcrübə keçmək imkanı verilirdi.

Xatırladaq ki, sentyabrın 3-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan etmişdi ki, İkinci Dünya Müharibəsinin dərsləri bir çox ölkələrdə, o cümlədən Yaponiyada adekvat şəkildə qəbul edilmir. Bundan əvvəl isə Tokio Moskvanı dialoqu bərpa etməyə çağırmışdı.

Gundelik.az 

Exit mobile version