ABŞ ordusu “Tesla”nın elektrikli pikapı olan “Cybertruck”ları gözlənilməz məqsədlə istifadə etməyə hazırlaşır.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ordunun bu maşınları hərbi donanmasına daxil etməsi yox, sınaq atışları zamanı hədəf kimi istifadə etməsi planlaşdırılır.
Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinin Test Mərkəzi (AFTC) Nyu-Meksikodakı “White Sands” raket poliqonunda dəqiq idarə olunan silahların sınağı üçün iki ədəd “Tesla Cybertruck” alacaq. Bu alış daha böyük – 33 avtomobillik hədəf maşınları sifarişinin bir hissəsidir. Maraqlıdır ki, sənədlərə əsasən, siyahıdakı yeganə konkret marka və model məhz “Tesla Cybertruck”dır.
Qərarın ironik tərəfi ondadır ki, “Tesla”nın rəhbəri İlon Mask “Cybertruck”ı “güllə keçirməz” və “qiyamətdən sağ çıxacaq” bir avtomobil kimi tanıtmışdı. O, hətta bu maşının Pentaqon tərəfindən hərbi məqsədlərlə istifadəsini də təklif etmişdi.
Lakin sənədlərdə bildirilir ki, “Cybertruck”un seçilməsi sırf texniki səbəblərlə əlaqədardır: “Döyüş şəraitində düşmənin istifadə etdiyi avtomobil tipi “Cybertruck”a bənzəyə bilər. Bu maşının ağır zərbələr altında belə funksional qalması müşahidə edilib”. Ordu qeyd edir ki, sınaqlar real döyüş şəraitini əks etdirməlidir, yəni mümkün qədər reallığa yaxın avtomobillərlə aparılmalıdır.
Bu qərarın məqsədi – düşmən əlinə bu cür möhkəm maşınlar keçərsə, ABŞ silahlarının onlara qarşı effektivliyini yoxlamaqdır.
Qeyd edək ki, İlon Musk bundan əvvəl süni intellektlə erotik foto və video yaratmaq üçün yeni texnologiya da təqdim etmişdi.
Gundelik.az

