Gundelik.az Xəbərlər Tayvan ABŞ-dən əlavə Patriot raket sistemləri alacaq
Xəbərlər

Tayvan ABŞ-dən əlavə Patriot raket sistemləri alacaq

Tayvan Çinin şərq sahillərində artan raket fəaliyyəti fonunda ABŞ-dən dörd ədəd əlavə Patriot PAC-3 MSE hava hücumundan müdafiə sistemi və 500-ə qədər raket almağı planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə “Taipei Times” nəşri məlumat yayıb.

Məlumata görə, sifariş xüsusi müdafiə satınalma büdcəsi çərçivəsində veriləcək və bu məqsədlə təxminən 1 trilyon NT dolları (32,88 milyard ABŞ dolları) ayrılıb.

Mənbələrin bildirdiyinə görə, alınacaq paketə buraxılış qurğuları, raketlər, eləcə də aşağı səviyyəli hava hücumundan və raketdən müdafiə radar sistemi daxildir.

Hökumət rəsmisinin açıqlamasına əsasən, PAC-3 MSE sistemlərinin ilk partiyasının bu ilin sonunadək Tayvana çatdırılması və Hualien və Taitung əyalətlərində yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Washington Post daha əvvəl yazmışdı ki, keçmiş ABŞ prezidenti Donald Tramp Çinlə ticarət sazişi imzalamaq niyyətinə görə Tayvana 400 milyon dollarlıq hərbi yardım göstərməkdən imtina edib. ABŞ administrasiyası Tayvana avtonom pilotsuz uçuş aparatları və döyüş sursatları da daxil olmaqla daha güclü silahlar ötürməyi planlaşdırsa da, bu istiqamətdə yekun qərar hələ qəbul edilməyib.

Gundelik.az 

Exit mobile version