Gundelik.az Xəbərlər İqtisadiyyat Avropa ölkələrində “Tesla” satışları davamlı şəkildə azalır
Dünya İqtisadiyyat Xəbərlər

Avropa ölkələrində “Tesla” satışları davamlı şəkildə azalır

Avropa Birliyi (AB) ölkələrində “Tesla” markalı avtomobillərin satışları avqust ayında keçən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.

Gundelik.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar-avqust dövrü üzrə Avropa ölkələrində yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlara görə, “TTesl”nın satışları AB bazarında azalmağa davam edir və bu avqust ayında səkkizinci ayına çatıb.

Ötən ilin avqust ayında 12 966 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 8 220 ədədə enib. Avqust ayında AB-də markanın ümumi yeni avtomobil satışlarındakı payı 2 faizdən 1,2 faizə düşüb.

Yanvar-avqust dövründə “Tesla”nın Avropa ölkələrindəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz azalaraq 150 037 ədəddən 85 673 ədədə düşüb. Bu dövrdə şirkətin AB bazarındakı payı 2,1 faizdən 1,2 faizə geriləyib.

AB üzv dövlətləri, Avropa Azad Ticarət Təşkilatının üzvü olan İsveçrə, Norveç, İslandiya və Böyük Britaniyada isə avqust ayında Tesla satışları keçən ilin eyni ayına nisbətən 22,5 faiz azalaraq 14 831 ədəd olub, yanvar-avqust dövründə isə 32,6 faiz azalaraq 133 857 ədədə enib.

“Tesla”nın Avropa bazarında satışlarının azalması bu ilin əvvəlindən başlayıb. Analitiklər bildirirlər ki, amerikalı milyarder İlon Maskın ABŞ Prezidenti Donald Trampla əməkdaşlığı, mübahisəli davranışları və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə açıq dəstəyi avropalıların şirkətdən uzaqlaşmasına səbəb olub.

Gundelik.az 

Exit mobile version