Avropa Parlamenti Türkiyənin Aİ-yə üzvlük prosesini dondurub
Avropa Parlamentinin (AP) çərşənbə günü qəbul etdiyi hesabatda deyilir ki, Türkiyə cəmiyyətinin mühüm hissəsinin demokratik və avropapərəst istəklərinə baxmayaraq, Türkiyənin Avropa İttifaqına (Aİ) qəbulu prosesi indiki şəraitdə bərpa oluna bilməz. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hesabatın təsdiqinin lehinə 367 deputat, əleyhinə 74, bitərəf 188 deputat səs verib. “Avropa Parlamenti deputatları Türkiyədə demokratik standartların
