İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyədə sərnişin avtobusu aşıb: 16 nəfər xəsarət alıb

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda sərnişin avtobusu hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Belə ki, Manisanın Akhisar rayonunda sərnişin avtobusu Medar məhəlləsi yaxınlığında idarəetmədən çıxaraq yol kənarına aşıb.

Xəbərdarlıq üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib.

Qəzada yaralanan 16 nəfər təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Gundelik.az